Oğurluq etdiyinə görə tutulan E.Mirzəyevin ətrafında Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə onun rayon ərazisindəki mağazaların birindən 5000 manat dəyərində geyim əşyaları və aksessuarlar, bir çay evindən isə 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.