Bakıda mağaza yandırılıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, hadisə aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Belə ki, mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7500 manat dəyərində maddi ziyan vurulub.
1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.