Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarıldı
11 avqust 2020 16:44 (UTC +04:00)

Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Nəsimi rayonunda yeni tikilən binaların dəhlizlərində velosiped oğurlayan şəxs saxlanılıb. Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Qulu Quliyev 41 və Ceyhun Səlimov küçəsi 7 ünvanlarında ümumi dəyəri 1220 manat olan iki ədəd velosiped oğurlayan paytaxt sakini Ayhan İsayev tutulub. O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb. Onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan ümumi çəkisi 15 qrama yaxın olan qudurulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı tanışından 700 manata aldığını bildirib.  Rövşən Məmmədovun yaşadığı evdən isə əlavə olaraq 12 kiloqram 550 qram qurudulmuş marixuana aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1744
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33
Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

25 aprel 2024 , 14:23