Bakıda evdə qumarxana aşkar edilib.
Lent.az-ın məlumatına görə, aprelin 28-də Yasamal rayonu Ə.Salamzadə küçəsindəki evlərin birində qumrxana təşkil olunması ilə bağlı polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə məlumat təsdiqini tapıb. Evində qumar oyunları təşkil edən 31 yaşlı T.Rüstəmov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.