Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı - FOTOLENT
20 may 2020 16:12 (UTC +04:00)

Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı - FOTOLENT

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəbul edilən qaydalara əsasən bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi resoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır.Sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub.

Binəqədi rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi müəyyən edilib. Həmçinin restorana baxış zamanı müştəriləırin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6256

Oxşar yazılar

Masallıda qəza oldu, yaralı var  -FOTOLENT

Masallıda qəza oldu, yaralı var -FOTOLENT

1 iyun 2025 , 19:57
Kəlbəcərdə traktor minaya düşdü, yaralı var

Kəlbəcərdə traktor minaya düşdü, yaralı var

1 iyun 2025 , 19:55
Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

1 iyun 2025 , 18:07
Balakəndə maşınlar toqquşdu,  yaralılar var

Balakəndə maşınlar toqquşdu, yaralılar var

1 iyun 2025 , 17:58
Qaxda 74 yaşlı piyada maşının altında qaldı

Qaxda 74 yaşlı piyada maşının altında qaldı

1 iyun 2025 , 17:13
Ucarda AĞIR QƏZA:  YARALILAR var

Ucarda AĞIR QƏZA: YARALILAR var

1 iyun 2025 , 10:58
Ucarda elektrik yarımstansiyasında YANĞIN  -FOTOLENT  - VİDEO  -YENİLƏNİB

Ucarda elektrik yarımstansiyasında YANĞIN -FOTOLENT - VİDEO -YENİLƏNİB

1 iyun 2025 , 09:45
Bakıda arvadını döyərək öldürən  ər saxlanıldı

Bakıda arvadını döyərək öldürən ər saxlanıldı

1 iyun 2025 , 01:57