Bakıda gənc qız niyə intihar etmək istədi?- SƏBƏB - YENİLƏNİB
21 may 2020 13:16 (UTC +04:00)

Bakıda gənc qız niyə intihar etmək istədi?- SƏBƏB - YENİLƏNİB

Bakıda intihara cəhd hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Hadisə şahidlərinin Lent.az-a dediklərinə görə, adı hələ ki açıqlanmayan 21 yaşlı qızın bu addımı atmasına ailə məsələləri səbəb olub. Bildirilir ki, ailəsi onu sevdiyi oğlana vermədiyi üçün intihar etmək istəyib.

***

Saat: 12:50

Bakıda intihara cəhd edən qadın xilas edilib. 

***

saat 12:32

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin  intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

12:25

Bakıda qadın intihara cəhd edir.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. Naməlum qadın körpüyə çıxaraq intahar edəcəyini bildirib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları və xilasedicilər gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6190
avatar

Mehman Nəbiyev

Oxşar yazılar