Bakıda çay evindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş V.Zülfüqarovun ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 16-na keçən gecə rayon ərazisindəki çay evlərinin birindən 3000 manat dəyərində kombi, digər çay evindən isə 600 manat dəyərində televizor oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.