Bakıda gənc oğlan itkin düşüb.
Lent.az-ın məlumatına görə, Səbail rayonu E.Əzizov küçəsində yaşayan 22 yaşlı Həşimov Cahid Cavid oğlu aprelin 19-da, saat 14:30-da Badamdar qəsəbəsinə gedib və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Səadət Aşumova 41-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.