Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli yanıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfəri yanğınsöndürənlər təhlükəsiz əraziyə təxliyə edib. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.