Bakının Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkətdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, saxlanılan 30 yaşlı F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, fevralın 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib. O, müraciətində 29 yaşlı qonşusunun onun 7 yaşlı qızına qarşıcinsi təcavüz etməyə cəhd göstərdiyini bildirib. O həmçinin səhər saatlarında qonşusunun onun mənzilinə daxil olaraq uşağa hücum etdiyini də söyləyib.