Bakıda avtomobilin vurduğu piyada öldü
23 may 2020 12:06 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu piyada öldü


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 23-də saat 1 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar