Bakıda ata və oğulun evini yardılar
16 may 2020 09:28 (UTC +04:00)

Bakıda ata və oğulun evini yardılar

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Lent.az-n məlumatına görə, Bakı şəhər sakini V.Pirizadəyə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evdən 1700 manatlıq məişət əşyaları, onun oğluna məxsus evdən isə tikinti alətləri, elektrik naqilləri və digər məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ağarəsul Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1804
avatar

Mehman Nəbiyev

Oxşar yazılar