Sentyabrın 29-da Xətai rayonu ərazisindəki apteklərin birindən 1200 manat oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.