Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 27-də, saat 17:30-da rayonun Şağan qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş 58 yaşlı Xalid Rzayev idarə etdiyi "MAZ" markalı avtomobillə velosiped sürən 14 yaşlı Bəşir Cəlilovu vurub öldürüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.