Bakıda 6 avtomobil qəzaya uğradı: ölən və yaralanan var
22 may 2020 06:18 (UTC +04:00)

Bakıda 6 avtomobil qəzaya uğradı: ölən və yaralanan var

 

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan 5 avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb. 

Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4039
avatar

Oxşar yazılar