Bakıda 43 ədəd çətən kolu aşkar olundu
21 may 2020 09:26 (UTC +04:00)

Bakıda 43 ədəd çətən kolu aşkar olundu

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin  14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində avrotexniki üsulla yetişdirilmiş 43 ədədə 670 qram çətənə kolu aşkar edilib.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1453
avatar

Mehman Nəbiyev

Oxşar yazılar