Bakının Nizami rayonunda bir neçə evdən su sayğacları oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayonu ərazisində 15 mənzildən su sayğacları oğurlanıb.
Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Güləkbərov saxlanılıb.