Bakının Yasamal rayonunda oğurluğa cəhd edilib.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 22-də səhər saat 8 radələrində Yasamal rayonu M.İbrahimov küçəsindəki "Araz" supermarketdə baş verib. 2000-ci il təvəllüd Ağsu rayon sakini Ə.Bədəlov supermarketin qapısını sındıraraq oğurluğa cəhd edib. Lakin Rayon Mühafizə İdarəsinin əməkdaşları onun bu əməlinin qarşısını alıblar.
Ə.Bədəlov saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib, təhqiqatlar davam etdirilir.