Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, "Birinci Mədən" adlanan ərazidə qeydə alınıb.
1978-ci il təvəllüdlü Ramil Bayramov yaşadığı evin kənarında tanımadığı şəxslə mübahisə zəminində bir neçə bıçaq zərbəsi alıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.