Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Səmədov Vüqar Əsgər oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.