Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə oktyabrın 11-də saat 11 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində baş verib. Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.