Zaqatalada yüksək gərginlikli elektrik transformatorunun üstünə çıxan uşaq yanıq xəsarətləri alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini, 2011-ci il təvəllüdlü Emin Nüsrət oğlu Əmrahov oynamaq üçün elektrik transformatorunun üstünə çıxıb. Bu zaman o yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə E. Əmrahov sol yuxarı ətrafın ağır yanıq xəsarəti alıb.
E. Əmrahova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakıya göndərilib.