Azərbaycanda tikintidə FACİƏ: 29 yaşlı fəhlə...
22 aprel 2020 13:50 (UTC +04:00)

Azərbaycanda tikintidə FACİƏ: 29 yaşlı fəhlə...

0

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 29 yaşlı Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2426

Oxşar yazılar