Azərbaycanda tibb bacısı faciəli şəkildə öldü
22 aprel 2020 10:57 (UTC +04:00)

Azərbaycanda tibb bacısı faciəli şəkildə öldü

0

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti ev 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan,  Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən, 1957-ci il təvəllüdlü Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3165

Oxşar yazılar