Azərbaycanda şirkətdən külli miqdarda oğurluq edildi
05 fevral 2020 11:19 (UTC +04:00)

Azərbaycanda şirkətdən külli miqdarda oğurluq edildi

Kürdəmirdə şirkətədən 20 min manatdan çox oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20 min  manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247
avatar

Mehman Nəbiyev

Oxşar yazılar