Azərbaycanda qətlin qarşısı belə alındı: şübhəlidən avtomat götürüldü
18 aprel 2020 13:12 (UTC +04:00)

Azərbaycanda qətlin qarşısı belə alındı: şübhəlidən avtomat götürüldü

0

Cəlilabad Rayon Polis Şöbəsinə şəhər sakini A.Nuriyevin həmyerlisi olan bir nəfəri öldürmək istəməsi və bu məqsədlə odlu silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Belə ki, aprelin 17-də saat 4 radələrində rayonun Sərhədabad kəndi ərazisində özünü şübhəli aparan bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, onun A.Nuriyev olması müəyyən edilib. 

Şəxsi axtarış zamanı ondan “AKMS” markalı avtomat, 1 ədəd patron darağı, 20 ədəd patron və 1 ədəd deşici alət aşkar edilərək götürülüb.

A.Nuriyev izahatında A.B-nı (şərti) öldürmək məqsədilə odlu silah əldə etdiyini bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 28,120 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1916

Oxşar yazılar