Azərbaycanda karantini belə də pozdular  - FOTO - VİDEO
20 aprel 2020 12:53 (UTC +04:00)

Azərbaycanda karantini belə də pozdular - FOTO - VİDEO

Gəncədə özünü hərbiçi kimi təqdim edərək karantin rejimi pozan şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbiçi olmasından şübhələnərək ərazi üzrə polis bölməsinə gətiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7989
avatar

Mehman Nəbiyev

Oxşar yazılar