Bakı və Salyan sakinindən tapança götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Z.Kərimovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini H.Yunusovdan “Baykal MP 654 K” markalı pnevmatik tapança aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.