Azərbaycanda həkim qarət olundu
20 may 2020 10:28 (UTC +04:00)

Azərbaycanda həkim qarət olundu

Biləsuvar rayonunda həkimə hədə-qorxu gəlinib.

Lent.az-ın məlumatına görə, hadisə Biləsuvarda yerləşən Cəbrayıl Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

Xəstəxananın uşaq həkimi, Cəbrayıl rayonundan olan məcburi köçkün Eldar Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək tanışı Raqib Həsənovun ona hədə-qorxu gələrək 1850 manat pulunu aldığını bildirib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3262
avatar

Mehman Nəbiyev

Oxşar yazılar