Sumqayıtda 19 yaşlı qız dəm qazından boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Ağayeva Şəkurə Siracəddin qızı yaşadığı evdə dəm qazından boğulub. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.