Salyanda evdə partlayış baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli yanıq xəsarəti ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Partlayışa səbəb evdə qaz sızması olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.