Azərbaycanda DƏHŞƏT: itkin düşən yeniyetmənin parçalanmış meyiti tapıldı - YENİLƏNİB
22 may 2020 10:22 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: itkin düşən yeniyetmənin parçalanmış meyiti tapıldı - YENİLƏNİB

Oğuzda itkin düşən uşağın meyiti tapılıb. 

APA-nın yerli bürosunun məlumatına görə, uşağın meyiti dağlıq-meşəlik ərazidə heyvanlar tərəfindən parçalanmış halda aşkar edilib. 

Hazırda meyitin dağdan düşürülməsi istiqamətində tədbirlər görülür.

***

saat 09:23

Fövqəladə Hallar Nazirliyi Oğuzun Xaçmaz kənd sakininin itkin düşməsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

08.:12

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə əlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4864
avatar

Oxşar yazılar