Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı
20 aprel 2020 13:30 (UTC +04:00)

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı

0

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 25 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1151

Oxşar yazılar