Şamaxıda bir ailənin iki üzvü tüstüdən zəhərlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 36 yaşlı Dursunəliyeva Zeynəb Asim qızı və oğlu, 17 yaşlı Dursunəliyev Əli Rizvan oğlu tövlədə baş verən yanğın zamanı içəridəki mal-qaranı bayıra çıxaran zamanı tüstüdən zəhərləniblər. Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.