Azərbaycan ədibinin Tehrandakı əlyazması əldə edildi
22 aprel 2020 15:23 (UTC +04:00)

Azərbaycan ədibinin Tehrandakı əlyazması əldə edildi

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanılan əlyazmasının elektron surətini əldə edib.

Bu barədə Lent.az-a institutdan məlumat verilib.

Əlyazma əsərin vaxtilə çap edilmiş nüsxəsindən xeyli genişdir. Bu əsərdə XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairləri barədə maraqlı məlumatlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213
avatar

Oxşar yazılar