Azərbaycan Prezidentinin köməkçisindən atəşkəsin davam edib-etməyəcəyinə MÜNASİBƏT
11 oktyabr 2020 14:11 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisindən atəşkəsin davam edib-etməyəcəyinə MÜNASİBƏT

"Gəncəyə “Toçka-U” sistemindən atılan raketin hazırda trayektoriyası qiymətləndirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici mətbuata açıqlamasında deyib.

H. Hacıyev atəşkəsin davam edib-etməyəcəyi barədə suala da cavab verib: “Göründüyü kimi, Ermənistan tərəfindən atəşkəs pozulub, artıq mülki insanlara qarşı hücum həyata keçirilir. Hesab edirik ki, bunun qiymətini beynəlxalq ictimaiyyət, bu istiqamətdə vasitəçilik aparan tərəflər verməlidir. Bu, eyni zamanda vasitəçilik missiyasını həyata keçirən tərəflərə qarşı hörmətsizlikdir. Ermənistana raket sistemləri satan tərəflər də bunu bir daha ciddi şəkildə düşünməlidir. Onlar görməlidirlər ki, Ermənistan bu kimi dəhşətli silahları mülki insanlara qarşı istifadə edir. Bu kimi dəhşətli silahlar belə şərəfsiz və alçaq insanların əlində olduqda, onların bunu hansı məqsədlərlə istifadə etdikləri ortadadır - mülki insanlara, uşaqlara qarşı. Bu kimi halların qarşısı alınmalıdır. Son dövrlər Ermənistan mülki təyyarələrdən istifadə edərək silah daşınmasını həyata keçirir. Bu cinayət görün hansı həddə çatıb ki, bunlar mülki təyyarədən istifadə edərək silah daşınmasını həyata keçirirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar