Şirvanda sərxoş vəziyyətdə olan piyadanı avtomobil vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində baş verib.
"Chevrolet" markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İbrahimov İlham Həmid oğlunu vurub və o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ. İbrahimov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.