Avtomobili aşıran sürücü ağır xəsarət alıb
22 aprel 2020 00:19 (UTC +04:00)

Avtomobili aşıran sürücü ağır xəsarət alıb

0

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çeşməli kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü İsayev Ədalət Fərman oğlu idarə etdiyi “NİVA” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1181

Oxşar yazılar