Biləsuvar rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də karantin rejimi zamanı müəyyən edilmiş normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Polis əməkdaşları ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylayıb. Reyd zamanı avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq da edilib. Xəbərdarlıqlara rəğmən qaydaları pozan sürücülər barəsində müvafiq qaydada protokollar tərtib edilib.