Arvadının başını kəsən kişi tutuldu - RƏSMİ
20 aprel 2020 11:18 (UTC +04:00)

Arvadının başını kəsən kişi tutuldu - RƏSMİ

Şəmkirdə arvadını öldürən kişi tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Lent.az-a açıqlamasında bildirib ki, aprelin 19-da 29 yaşlı Mübariz Məmmədov Şəmkir rayon Polis Şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verərək könüllü təslim olub.

Araşdırmalarla M.Məmmədovun həmin gün səhər saat 9 radələrində qısqanclıq zəminində arvadı, 27 yaşlı Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2621
avatar

Mehman Nəbiyev

Oxşar yazılar