Polislər bu gün Osloda norveçli milyonçu, 70 yaşlı Tom Haqeni 2018-ci ildə həyat yoldaşının gizli şəkildə evdən itkin düşməsinə görə saxlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu, uzun müddərdir fidyə üçün qaçırılma kimi qiymətləndirilən cinayətlərdən biri sayılırdı.
Norveçli milyonçunun arvadı 2018-ci il oktyabrın 31-də səhər Oslo ətrafındakı Lillestryemdəki evindən yoxa çıxıb. Hüquq-mühafizə orqanları, o cümlədən Avropa polisi və İnterpolun mütəxəssisləri qadınla bağlı heç bir iz tapa bilməyiblər. Qadının yoxa çıxmasından təxminən 10 həftə sonra Norveç polisi cinayətkarlar fidyə tələb ediblər.
Haqenin evində tapılan əsas dəlil dilçilər və kriminoloqlar tərəfindən öyrənilən bir neçə mesaj parçası olub. Mesajların əsas mətni hadisə ilə bağlı məlumat yayılarsa, qadının məhv ediləcəyi və 9 milyon avro tələbi olub.
Məlumata görə, polislər bu gün yerli vaxtla saat 8:30-da işə gedən Haqenin maşının mühasirəyə alıblar. Polislər bununla bağlı açıqlama verməyərək yaxınlarda mətbuat konfransı keçiriləcəyini bildiriblər.
Tom Haqen norveçli mühəndisdir, o, Elkraft AS energetika şirkətinin yaradıcısıdır. Norveçlinin əsas biznesi energetika və daşınmaz əmlak mülkiyyətidir.
Haqen ötən il “Kapital” jurnalının versiyasına görə, Norveçin varlı adamlarının siyahısında 172-ci yeri tutub. Onun varidatı 1,7 milyon kron (təxminən 200 milyon dollar) qiymətləndirilir.