Ağstafada maskasız taksi sürücülərinə qarşı reyd keçirilib - FOTO
15 oktyabr 2020 10:51 (UTC +04:00)

Ağstafada maskasız taksi sürücülərinə qarşı reyd keçirilib - FOTO

Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər cərimə edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Rayon İcra Hakimiyyətinin əməkdaşlarının da iştirak etdikləri tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Bundan başqa, rayon İcra Hakimiyyətinin könüllüləri polis əməkdaşları ilə birlikdə vətəndaşlar tibbi maska paylayıb. Rayon ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Mehman Nəbiyev

Oxşar yazılar