Oğurluq etdiyinə görə tutulan M.Məmmədovun və E.Musayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.
Lent.az DİN mətbuat xidmətinə itinadla xəbər verir ki, nəticədə onların rayon ərazisində daha 9 evdən məişət əşyaları, elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri, qapı, kombi aparatı və su sayğacı oğurlamaları da müəyyən edilib.