90 yaşlı  anasını öldürüb   intihar etdi
17 sentyabr 2023 18:02 (UTC +04:00)

90 yaşlı anasını öldürüb intihar etdi

Petropavlovsk-Kamçatada yerli sakinin qətli ilə bağlı cinayət işi açılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciə akademik Korolyov küçəsindəki evlərin birindəki mənzildə baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 60 yaşlı qadın birlikdə yaşadığı 90 yaşlı anasının başına çəkiclə azı üç zərbə endirib. Nəticədə kəllə-beyin travması nəticəsində zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra qadın intihar edib.

"Hazırda hadisənin bütün hallarının təfərrüatlı şəkildə müəyyən edilməsinə yönəlmiş iş üzrə istintaq və digər prosessual hərəkətlər aparılır", - Kamçatka ərazisi üzrə İstintaq İdarəsindən bildirilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400
avatar

Oxşar yazılar