9 nəfərin qatili  20 ildən sonra   saxlanıldı
07 iyul 2022 06:50 (UTC +04:00)

9 nəfərin qatili 20 ildən sonra saxlanıldı

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları 2002-ci ildə 9 nəfəri öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Lent.az “REN TV”ə istinadən xəbər verir ki, hadisə 2002-ci ilin fevralında Moskva yaxınlığındakı Psotino kəndində törədilib.

Evdə məhkəmə-tibb ekspertləri üç qadın, üç kişi və doqquz yaşlı qızın cəsədini tapıblar.

Ekspertiza müəyyən edib ki, ölənlər balta ilə vurulan zərbələrdən ölüblər.

Bir ay sonra Ryazan vilayətində də analoji qətl törədilib.

REN TV-nin məlumatına görə, qətli törətməkdə şübhəli bilinən şəxs iyulun 3-də saxlanılıb. 49 yaşlı A.Markov olduğu üzə çıxıb. Həmin şəxs Stavropol diyarındandır. O, dəfələrlə mühakimə olunub. Toplanmış sübutlar onun Moskva vilayətində yeddi, Ryazan vilayətində isə daha iki nəfərin qatili olduğunu deməyə əsas verir.

Kişi saxlanılıb. Hazırda onun barəsində istintaq aparılır.

# 1548
avatar

Oxşar yazılar