9 milyon  mənimsəyən hərbçiyə HÖKM OXUNDU
25 noyabr 2024 17:28 (UTC +04:00)

9 milyon mənimsəyən hərbçiyə HÖKM OXUNDU

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bundan başqa, onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın qiymətləndirilən əmlakı dövlətə dəymiş ziyanın bir qisminin əvəzi olaraq müsadirə edilib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatı dövlət büdcəsinə ödəyib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar