60 yaşlı kişi timsahdan belə qurtuldu
14 noyabr 2021 03:12 (UTC +04:00)

60 yaşlı kişi timsahdan belə qurtuldu

0


Avstraliyanın Kinslend ştatının sakininin başına maraqlı iş gəlib.

Lent.az-ın xəbərinə görə, 61 yaşlı kişi həftə sonu balıq tutmaq üçün çay kənarına gedib. Qarmağı suya atan anda ona 4 metrlik timsah hücum edib. Timsah onun çəkməsindən tutsa da kişi özünü itirməyərək cib bıçağı ilə onun başına zərbə endirib. Bir neçə dəqiqəlik gərgin mübarizədən sonra heyvan geri çəkilib. 

Yaşlı kişi özünü xəstəxanaya çatdırıb. Burada ona tibbi yardım edilib, vəziyyəti kafidir.

Bioloqlar isə bu hadisəni möcüzə adlandırırlar. Onların fikrincə çəkisi 1 tonadək olan timsahın çənəsindən qurtulmaq ehtimalı təxminən sıfıra bərabərdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2047

Oxşar yazılar