59 yaşlı kişini ilan sancdı
19 may 2021 13:21 (UTC +04:00)

59 yaşlı kişini ilan sancdı

Qəbələ rayon sakinini Ucarda ilan sancıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon sakini, 59 yaşlı Rafəddin Ziyadin oğlu Mustaqovu Ucar rayonunun Yuxarı Şilyan kəndində ilan vurub.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən vəziyyəti ağır qiymətləndirilən R. Mustaqov müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanalarınbirinə göndərilib.

Məlumata görə, kənddə çoban kimi çalışan R. Mustafovu gürzə ilanı dodaq nahiyəsindən dişləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar