Şabran rayon sakini, 55 yaşlı Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, G.Əskərov 155 sm boylu, arıq bədən quruluşlu və psixi qüsurludur.
Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-10-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.