Sabirabadda avtomobilin vurduğu 54 yaşlı qadın ağır xəsarətlər alıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun girişində, magistral yolun Qalaqayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən Qalaqayın kənd sakini, 1968-ci il təvəllüdlü Muradova Nəzakət İslam qızını vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı qadın çoxsaylı sınıq xəsarətləri və daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.